Zülmətəm


作词 : Farid Aqa
作曲 : Farid Aqa
制作人 : AlimOfficial
Sənsiz mən zülmətəm, gözümün işığı!
Amma sən üzülmə həyatın işi bu!
Gözlərinin yaşılı, saçının sarısı…
Mənim qaranlığıma bu iki rəng yaraşır!
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdu -
Sənsizliyə və ölümə tək!
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm…
Sən demə doğrularım yalanmış
İşıqlı yollarım qaranlıq dalanmış
Hisslər bu ürəyin xəzinəsidir
Amma ki… o xəzinə daha talanmış…
Sən demə qəlbim ona inanmış
Göyərçin sandığım demə ilanmış
Bu həyatda insanın tək düşməni
Birinə kor-koranə inammış…
Sənsiz mən zülmətəm, gözümün işığı!
Amma sən üzülmə həyatın işi bu!
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdu -
Sənsizliyə və ölümə tək!
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm…

免责声明

×

本站音频文件来自各网站接口,本站不会修改任何音频文件

音频版权来自各网站,本站只提供数据查询服务,不提供任何音频存储和贩卖服务